Xəzər Xəbər

Gürcüstan ABŞ-la yeni hərbi saziş imzalayacaq

Dünya | 10:34 • 23 May 2019
Gürcüstan ABŞ-la yeni hərbi saziş imzalayacaq

Bu ilini sonunda Gürcüstan ABŞ-la hərbi əməkdaşlığı daha da inkişaf etdirməyə dair üçillik saziş imzalayacaq.


ONA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın müdafiə naziri Levan İzoria bildirib.


Prezident Salome Zurabişvilinin ABŞ-ın hərbi bazaları ilə bağlı fikrinə münasibət bildirməyən nazir əlavə edib ki, iki ölkə arasında hərbi əməkdaşlıq inkişaf edir, gələcəkdə bu ölkədə yalnız ABŞ hərbi bazalarının yerləşdirilməsi açılması xoş qarşılana bilər.


Qeyd edək ki, Salome Zurabişvili ABŞ-ın hərbi bazalarının Gürcüstanda yerləşdirilməsinin əleyhinədir.

Xəbər lenti