Xəzər Xəbər

ABŞ-da tornado 3 adamı öldürdü

Dünya | 10:29 • 23 May 2019
ABŞ-da tornado 3 adamı öldürdü

ABŞ-ın Missuri ştatının bir sıra rayonlarında güclü qasırğa olub. Təbii fəlakət nəticəsində 3 nəfərin həlak olduğu bildirilir.

Qasırğa ilə bağlı daha öncə ABŞ Milli Meteoroloji Xidməti xəbərdarlıq edibmiş.

Qasırğa nəticəsində dağıntılar da olduğu bildirilir. Belə ki, elektrik dirəkləri aşıb, ağaclar qırılıb, bir neçə evə ziyan dəyib.

Xəbər lenti