Xəzər Xəbər

Ukraynada parlament seçkiləri iyulun 21-də keçiriləcək

Dünya | 09:54 • 23 May 2019
Ukraynada parlament seçkiləri iyulun 21-də keçiriləcək

Ukrayna prezidenti Vladimir Zelenskinin Ali Radanı buraxmaq və növbədənkənar parlament seçkilərini iyulun 21-ə təyin etməklə bağlı sərəncamı rəsmən qüvvəyə minib. 


Xezerxeber.az-ın məlumatına görə, sərəncam hökumətin "Uryadoviy kuryer” qəzetində dərc olunub.


Sənədə əsasən, Nazirlər Kabinetinə növbədənkənar seçkilərin keçirilməsinin maliyyə təminatını həyata keçirmək tapşırıb. Sərəncam dərc olunduğu gündən qüvvəyə minir.

Xəbər lenti