Xəzər Xəbər

Kreml: ABŞ-ın Türkiyədən S-400 sistemini almaqdan imtina etmək tələbi qəbuledilməzdir

Dünya | 14:05 • 22 May 2019
Kreml: ABŞ-ın Türkiyədən S-400 sistemini almaqdan imtina etmək tələbi qəbuledilməzdir

"ABŞ-ın Türkiyədən S-400 sistemini almaqdan imtina etmək tələbi qəbuledilməzdir".


TASS-ın verdiyi xəbərə görə, bu barədə Kremlin sözçüsü Dmitri Peskov deyib.


"Ümumiyyətlə, belə ultimatumları olduqca mənfi qəbul edir və qəbuledilməz hesab edirik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan də daxil olmaqla,Türkiyə rəhbərliyi dəfələrlə vurğulayıb ki, bu saziş artıq razılaşdırılıb. Biz buna uyğun olaraq irəliləyirik və saziş icra edilir",- deyə Kremlin sözçüsü bildirib.

Xəbər lenti