Xəzər Xəbər

ABŞ ifşa olundu: İran xalqına müharibə elanı

Dünya | 14:16 • 22 May 2019
ABŞ ifşa olundu:

ABŞ-ın "İranla müharibə deyil, dialoq yolları axtarırıq” iddiaları təkzib olunub.

İran Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Səid Cəlili bu barədə danışıb.

Səid Cəlili bildirib ki, ABŞ-ın tələblərinin sərhədi yoxdur. Buna görə də İran ondan tələb olunan öhdəlikləri yerinə yetirməyəcək.

"Bəziləri İrana qarşı sanksiyaların sərtləşdirilməsini istəyir və maksimum təzyiq tətbiq olunmasını tələb edir. Bu, İran xalqına qarşı bir müharibə deyilmi? İranın da məqsədi bərpaedici dialoq qurmaqdır. Lakin ABŞ-ın tələblərinə qətiyyətlə boyun əyilməyəcək”.

Qeyd edək ki, ABŞ regiondakı qüvvələrini İranın təhdidlərindən qorumaq məqsədilə Bəsrə körfəzinə B-52 nüvə potensiallı bombardman təyyarələrini, ”USS Abraham Lincoln” təyyarədaşıyan gəmisini və "Patriot” hava hücumundan müdafiə sistemlərini göndərib. ABŞ prezidenti Donald Tramp isə İranla hərbi münaqişəyə girməyəcəklərini açıqlayıb.

publika.az

Xəbər lenti