Xəzər Xəbər

Ukrayna silahlı qüvvələrinin 8 hərbçisi əsir düşüb

Dünya | 13:05 • 22 May 2019
Ukrayna silahlı qüvvələrinin 8 hərbçisi əsir düşüb

Bu gün Ukrayna silahlı qüvvələrinin 8 hərbçisi ölkənin müharibə gedən bölgəsində əsir düşüb.


AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.


Məlumata görə, hərbçilər müəyyən olunmuş marşrut üzrə hərəkət edərkən yolu səhv salıblar, nəticədə silahlılar tərəfindən əsir götürülüblər.


Hərbçilərin geri qaytarılması üçün müvafiq işlər görülür.

Xəbər lenti