Xəzər Xəbər

Səudiyyə Ərəbistanı ABŞ-dan LNG alacaq

Dünya | 13:15 • 22 May 2019
Səudiyyə Ərəbistanı ABŞ-dan LNG alacaq

Səudiyyə Ərəbistanının milli neft şirkəti "Saudi Aramco” ABŞ-ın "Sempra Energy” şirkətindən maye təbii qaz (LNG) almaq istəyir.


Xezerxeber.az xarici KİV-lərə istinadən xəbər verir ki, San-Dieqoda yerləşən "Sempra Energy” şirkəti LNG-ni Texasdakı "Port Arthur” terminalına göndərəcək.


Səudiyyə Ərəbistanının ABŞ-dan alacağı LNG-ni yerli bazarda və ya beynəlxalq alıcılara satmaq üçün istifadə edəcəyi hələ ki bilinmir.


"Aramco” son illərdə Rusiya, Avstraliya və Afrikada təbii qaz aktivlərinə maraq göstərirdi.

Xəbər lenti

Çox oxunanlar