Xəzər Xəbər

Avropa İttifaqında 2021-ci ildən plastik qabların istifadəsinə məhdudiyyət qoyulacaq

Dünya | 12:58 • 22 May 2019
Avropa İttifaqında 2021-ci ildən plastik qabların istifadəsinə məhdudiyyət qoyulacaq

Avropa İttifaqının Şurası plastik qabların istifadəsi ilə əlaqəli yeni məhdudiyyətlərin qoyulması ilə bağlı qanunu qəbul edib.


Yeni qaydalara əsasən, 2021-ci ildən başlayaraq birdəfəlik istifadə üçün nəzərdə tutulmuş plastik qablarla yanaşı, çəngəl, bıçaq, pambıq və su çubuqlarının istifadəsi qadağan olunur. Eyni zamanda, İttifaq ölkələri 2029-cu ilə kimi plastik şüşələrin yığılmasının 90 faiz təmin edilməsi barədə razılığa gəliblər. Qərar Avropa İttifaqında birdəfə istifadə olunan plastik məhsulların qadağa olunması ilə bağlı sonuncu mərhələni əhatə edib. (AZƏRTAC)

Xəbər lenti