Xəzər Xəbər

İraq hökuməti ABŞ ilə İran arasındakı gərginliyi azaltmaq üçün vasitəçilik missiyasını həyata keçirməyə başlayıb

Dünya | 12:59 • 22 May 2019
İraq hökuməti ABŞ ilə İran arasındakı gərginliyi azaltmaq üçün vasitəçilik missiyasını həyata keçirməyə başlayıb

İraq hökuməti ABŞ ilə İran arasındakı gərginliyi azaltmaq üçün vasitəçilik missiyasını həyata keçirməyə başlayıb.


Rəsmi Bağdad xüsusi olaraq iki nümayəndə heyəti hazırlayaraq birini Tehrana, digərini isə Vaşinqtona göndərib.


"Əl-Cəzirə” televiziyası bildirib ki, nümayəndə heyətləri tərəfləri yeni danışıqlara başlamağa razı salmalıdır. İraqın Baş naziri Ədil Əbdül bildirib ki, İraq vasitəçilik misiyasını öz üzərinə götürüb və bölgədəki vəziyyətin daha da gərginləşməsinin qarşısını almağa çalışır. Baş nazir diqqətə çatdırıb ki, tərəflər rəsmi qaydada bəyan ediblər ki, müharibə etmək istəmirlər. Belə olan halda tərəflər arasındakı münasibətlərin yumşalması imkanı var və bundan istifadə etmək lazımdır.


İrana gələn nümayəndə heyəti artıq Tehranda bir sıra görüşlər də keçirib. Bu görüşlərdə mətbuat nümayəndələri iştirak etməyib.


Vaşinqtona gedən heyətin fəaliyyəti haqqda hələlik məlumat yoxdu. (AZƏRTAC)

Xəbər lenti