Xəzər Xəbər

Türkiyənin müdafiə naziri: "Ankara ABŞ-ın mümkün sanksiyalarına hazırlaşır"

Dünya | 12:12 • 22 May 2019
Türkiyənin müdafiə naziri: "Ankara ABŞ-ın mümkün sanksiyalarına hazırlaşır"

"Ankara ABŞ-ın mümkün sanksiyalarına hazırlaşır".


ONA-nın "Reuters”-ə istinadən xəbərinə görə, bu barədə Türkiyənin müdafiə naziri Hulusi Akar deyib.


Rusiyadan "S-400" sistemlərinin və ABŞ-dan "F-35" döyüş təyyarələrinin alınması ilə bağlı Vaşinqtonla danışqlarda irəliləyişin olduğunu deyən türkiyəli nazir eyni zamanda ölkəsinin ABŞ-ın mümkün sanksiyalarına da hazır olduğunu bildirib.


Türkiyənin "F-35" layihəsi ilə bağlı bütün öhdəlikləri yerinə yetirdiyini deyən Hulusi Akar Ankaranın bu proqramın planlaşdırılıdığı kimi davam etməsini gözlədiyini vurğulayıb. Nazir bildirib ki, ABŞ-la danışıqlar hələ də davam edir.


Türkiyəli nazir əlavə edib ki, Türkiyə ABŞ-ın "Rayton Co. Patriot" sisteminin satışı ilə bağlı təklifini də dəyərləndirir: "Ankara və Vaşinqton qiymət, texnologiyanın transferi və birgə istehsalla bağlı məsələlər üzərində işləyir".

Xəbər lenti