Xəzər Xəbər

ABŞ-da erməni silah baronu həbs olundu

Dünya | 10:25 • 22 May 2019
ABŞ-da erməni silah baronu həbs olundu

ABŞ-da keçmiş aktyor Ara Dolaryan qanunsuz silah alveri, çirkli pulların yuyulması və cinayət niyyətli əlbirliklə əlaqədar həbs olunub.


"The Business Journal”ın yazdığına görə, bu barədə ABŞ prokuroru Makqreqor U.Skott açıqlama verib.


58 yaşlı erməni Şərqi Avropa və Cənubi Afrikadan Nigeriyaya milyardlarla dollar məbləğində partlayıcı materiallar, raketlər, odlu silahlar satmaqda şübhəli bilinir.


Bolqarıstan paytaxtında yaşayan Dolaryan qanunsuz əməllərini ABŞ-da mərkəzləşən "Dolarian Capital İnc” şirkətinin xətti ilə gerçəkləşdirib. Onun biznes tərəfdaşları Dolaryanın çay idxal-ixracı ilə məşğul olduğunu güman ediblər.


Ancaq demə, erməni "silah baronu” "T-72” Sovet tanklarından tutmuş raket qurğularına kimi hər cür silah satıb.


Federal hökumət hələ 2015-ci ildə onun hesablarından altı milyon dollar müsadirə edib. Daha sonra o, Federal Təhqiqatlar Bürosu tərəfindən axtarışa verilib.

Xəbər lenti