Xəzər Xəbər

Kraystçörçdən olan atıcıya qarşı terror ittihamı irəli sürülüb

Dünya | 09:47 • 22 May 2019
Kraystçörçdən olan atıcıya qarşı terror ittihamı irəli sürülüb

Yeni Zelandiya polisi Krastçörç şəhərində iki məscidə hücum edən Brenton Tarranta qarşı terror ittihamı irəli sürüb.


AZƏRTAC xəbər verir ki, bu barədə Yeni Zelandiya polisinin saytında məlumat verilir.


"İttiham Kraystçörç şəhərində 2019-cu il martın 15-də terror aktının törədildiyini təsdiq edib. Ehtimal olunan yaraqlıya qarşı qanuna uyğun olaraq 51 qətl, 40 qətlə cəhd və bir terror cəhdi ittihamları irəli sürülüb”, - deyə polis komissarı Mayk Buş bəyan edib.


Polisdən bildiriblər ki, hadisə ilə bağlı istintaq davam edir.


Xatırladaq ki, martın 15-də Kraystçörç şəhərində iki məscidə silahlı hücum nəticəsində 51 nəfər ölüb, daha 50 nəfər yaralanıb. Yeni Zelandiyanın Baş naziri Casinda Ardern baş verənləri terror aktı adlandırıb. Avstraliya vətəndaşı olan 28 yaşlı Brenton Tarranta qarşı qətl ittihamı irəli sürülüb. Məsciddə namaz qılan müsəlmanlara hücum edən B.Tarrant bunu sosial şəbəkələrdə canlı yayımlayıb.

Xəbər lenti