Xəzər Xəbər

Tramp növbəti namizədliyi üçün sosial şəbəkələrdə 8,8 milyon dollar xərcləyib

Dünya | 09:32 • 22 May 2019
Tramp növbəti namizədliyi üçün sosial şəbəkələrdə 8,8 milyon dollar xərcləyib

ABŞ Prezidenti Tramp seçkiqabağı təşviqat kampaniyası üçün 2019-cu ildən etibarən facebook-da 5,6 milyon dollardan, google-da isə 3,2 milyon dollardan çox vəsait sərf edib.

Xezerxeber.az TASS-a istinadən xəbər verir ki, Ağ ev rəhbəri Demokratlar Partiyasından namizəd olmaq istəyənrəqiblərindən daha çox pul xərcləyib.

Bu sıralamada Massaçusetts ştatının senatoru Elizabet Uarren facebook-da 1,1 milyon, google-da 417 min, Kaliforniya senatoru Kamala Harris isə facebook-da 1,1 milyondan bir qədər az, google-da 419 min dollarından keçib.

Qeyd edək ki, ABŞ-da 2020-ci il seçki kampaniyasına fevral ayında start veriləcək.

59-cu Prezident postuna seçkilər isə noyabrın 3-də baş tutacaq.

Xəbər lenti