Xəzər Xəbər

Donald Tramp İrlandiyaya səfər edəcək

Dünya | 09:03 • 22 May 2019
Donald Tramp İrlandiyaya səfər edəcək

Ağ ev Donald Trampın iyunun 5-də İrlandiyaya səfər edəcəyi barədə məlumat yayıb.


Xezerxeber.az xəbər verir ki, məlumatda ABŞ Prezidenti Donald Trampın və İrlandiyanın Baş naziri Leo Varadkarın iyunun 5-də Şannonda görüşəcəkləri bildirilir. Donald Tramp Böyük Britaniyaya dövlət səfərindən və İkinci Dünya müharibəsi zamanı müttəfiqlərin Normandiyaya dəniz desantı çıxarmasının 75-ci ildönümünü qeyd etdikdən sonra İrlandiyaya gedəcək.

Rubrikanın digər xəbərləri

Xəbər lenti