Xəzər Xəbər

Terror aktı törətməyə hazırlaşan silahlılar zərərsizləşdirilib - Rusiyada

Dünya | 08:58 • 22 May 2019
Terror aktı törətməyə hazırlaşan silahlılar zərərsizləşdirilib -

Rusiyanın hüquq mühafizə orqanlarının əməkdaşları Vladimir vilayətinin Kolçuqino şəhərində evdə gizlənən iki silahlını zərərsizləşdirib.


Xezerxeber.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Rusiyanın Milli Antiterror Komitəsinin yaydığı məlumatda silahlılara təslim olmaq təklif edildiyi, onların isə hüquq mühafizə orqanlarının əməkdaşlarına atəş açdıqları bildirilir. Məlumatda silahlıların zərərsizləşdirildiyi qeyd edilir. Diqqətə çatdırılır ki, onların terror təşkilatlarından biri, habelə xaricdəki emissarlarla əlaqə saxlaması və insanların sıx toplaşdıqları yerdə terror hazırlayacaqları barədə əvvəlcədən məlumat əldə edilib. Atışma yerində silah, döyüş sursatı, əldəqayırma partlayıcı qurğu və dini-ekstremist ədəbiyyat aşkar olunub.

Xəbər lenti