Xəzər Xəbər

İndoneziyada etirazlar başlayıb

Dünya | 08:56 • 22 May 2019
İndoneziyada etirazlar başlayıb

Mayın 22-də səhər saatlarında İndoneziya polisi Cakartanın mərkəzi rayonunda Seçkiləri Müşahidə Agentliyinin (Bawaslu) qarşısına toplaşan bir neçə yüz etirazçını qovmaq üçün gözyaşardıcı qaz tətbiq edib.


Xezerxeber.az xəbər verir ki, bu barədə "Jakarta Globe” nəşri məlumat yayıb.


Xatırladaq ki, İndoneziya Mərkəzi Seçki Komissiyası mayın 20-də axşam saatlarında ötən ay keçirilmiş seçkilərdən sonra səslərin hesablanmasını başa çatdırıb. Hazırda hakimiyyətdə olan prezident Coko Vidodo 55,5 faiz, onun rəqibi P.Subianto isə 45,5 faiz səs toplayıb.


Bildirilir ki, polis əvvəlcə etirazçılara üç dəfə müraciət edərək onlardan evlərinə dağılışmağı xahiş edib, lakin onlar bu tələbə tabe olmayıblar. Bundan sonra polis gözyaşardıcı qaz tətbiq edib. Etirazçılar buna cavab olaraq polisə daş, şüşə butuka və taraqqa atmağa başlayıblar.


Etirazçılar seçkilərdə məğlub olduqlarını qəbul etməyən P.Subianto və S.Unonun tərəfdarlarıdır. Onların yerli bazar ətrafında bir neçə obyekti yandırdığı da bildirilir. Etirazçılardan bir neçəsi həbs edilib. Polisin əsasən təxribatçıları axtardığı qeyd edilir.

Rubrikanın digər xəbərləri

Xəbər lenti