Xəzər Xəbər

Avropa İttifaqı Şurasından TARİXİ QƏRAR: 2021-ci ildən sonra...

Dünya | 17:24 • 21 May 2019
Avropa İttifaqı Şurasından

Avropa İttifaqı Şurası (AİŞ) birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qabları qadağan edən qərar qəbul edib.

Qərar 2021-ci ildən qüvvəyə minəcək.

AİŞ ətraf mühitin, xüsusilə, su hövzələrinin çirklənməsinin qarşısını almaq məqsədilə bu addımı atır.

Qərara əsasən, ətraf mühitə zərər verməyən alternativləri olan bütün plastik qablar 2021-ci ildən etibarən bazardan çıxarılacaq. Siyahıya qulaqtəmizləyən çöplər, qaşıq, bıçaq, çəngəl, boşqab, fincan, şar çubuqları və qida qabları daxildir.

Bundan başqa, Avropa İttifaqına üzv ölkələr 2029-cu ilə qədər birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik şüşələrin 90%-ni dövriyyədən çıxaracaq.

Sözügedən qanun daha əvvəl Avropa Parlamenti tərəfindən təsdiq olunub./publika.az

Xəbər lenti