Xəzər Xəbər

FTX: İŞİD MDB ölkələri ilə sərhədə 5 minə yaxın döyüşçü yerləşdirib

Dünya | 11:07 • 21 May 2019
FTX: İŞİD MDB ölkələri ilə sərhədə 5 minə yaxın döyüşçü yerləşdirib

"İŞİD-in qolu olan "Vilayat Xorasan” qruplaşması Əfqanıstanda MDB ölkələri ilə sərhədə 5 minə yaxın döyüşçü yerləşdirib".


ONA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov MDB ölkələrinin təhlükəsizlik orqanları və xüsusi xidmət orqanları rəhbərləri Şurasının Düşənbədə keçirilən iclasında çıxışı zamanı deyib.


"Terrorçu qrupların Əfqanıstanın şimal əyalətlərinə, MDB ölkələri ilə sərhəd bölgələrinə köçürülməsi xüsusi narahatlıq doğurur. İŞİD-in "Vilayat Xorasan" adlanan qolu bu ərazilərdə təxminən 5 min döyüşçüsünü cəmləşdirib. Onların böyük bir hissəsi Suriyada döyüşən MDB vətəndaşlarıdır ", - deyə A.Bortnikov bildirib.

Xəbər lenti