Xəzər Xəbər

Maduro erkən parlament seçkiləri keçirilməsini təklif edib

Dünya | 09:56 • 21 May 2019
Maduro erkən parlament seçkiləri keçirilməsini təklif edib

Venesuela prezidenti Nikolas Maduro 2020-ci ilin sonlarında planlaşdırılan erkən parlament seçkiləri keçirilməsini təklif edib.


Xezerxeber.az xəbər verir ki, hazırda parlamentə müxalifət nəzarət edir.


"Biz seçkilərə gedəcəyik, biz milli assambleyada erkən seçkilər keçirəcəyik”, - prezident belə deyib.


Ölkədə əvvəlki parlament seçkiləri 2015-ci ildə keçirilib. Bu ilin yanvarından isə prezidentə qarşı kütləvi aksiyalar baş qaldırıb.

Xəbər lenti