Xəzər Xəbər

Ötən il Türkiyədə 1 milyon 300 minə yaxın uşaq doğulub

Dünya | 09:36 • 21 May 2019
Ötən il Türkiyədə 1 milyon 300 minə yaxın uşaq doğulub

Ötən il Türkiyədə 1 milyon 295 min 784 uşaq dünyaya gəlib.


AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Statistika Komitəsi məlumat yayıb.


Məlumatda bildirilir ki, 2018-ci ildə ölkədə doğulan uşaqların sayı 2017-ci illə müqayisədə 3,6 faiz azalıb. Uşaqların 51,3 faizini oğlanlar, 48,7 faizini isə qızlar təşkil edir.


Ölkədə daha çox 25-29 yaş arası qadınların uşaq dünyaya gətirdiyi müəyyən edilib. Ötən il bu yaş qrupunda hər 1000 qadına 128 doğuş düşüb.

Rubrikanın digər xəbərləri

Xəbər lenti