Xəzər Xəbər

"ABŞ-ın qadağaları bizi qorxutmur" - "Huawei"in yaradıcısı

Dünya | 09:17 • 21 May 2019
"ABŞ-ın qadağaları bizi qorxutmur" -

ABŞ Ticarət Nazirliyinin Çinin "Huawei" telekommunikasiya şirkətinə verdiyi 90 günlük lisenziya şirkət üçün böyük əhəmiyyət kəsb etmir.


Xezerxeber.az-ın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu "Huawei"in qurucusu Jen Çjenfey deyib.


Onun sözlərinə görə, Çin istehsalçısı Birləşmiş Ştatların tətbiq etdiyi qadağalarla mübarizə aparmağa hazırdır.


"Şirkət çip istehsalını Amerika istehsalçıları qədər yaxşı bacarır. Ancaq bu o demək deyil ki, "Huawei” ABŞ-dan çip almayacaq. Şirkət Amerika istehsalı olan çiplərin istifadəsini istisna etmir. Biz dünyadan təcrid oluna bilmərik”, - Çjenfey belə deyib.


Qeyd edək ki, şirkətin adı ABŞ tərəfindən qara siyahıya salındıqdan sonra "Google" şirkəti "Huawei"in istehsal etdiyi mobil qurğularda "Android" əməliyyat sistemlərinin yenilənmələrini dayandıracağını bəyan edib. Bunun cavabında isə Çin tərəfi özünün "Hongmeng" əməliyyat sistemini yaradacağını açıqlayıb.

Xəbər lenti