Xəzər Xəbər

Avropa İttifaqında kasıblarla varlıların qazancları arasındakı fərq artıb

Dünya | 09:08 • 21 May 2019
Avropa İttifaqında kasıblarla varlıların qazancları arasındakı fərq artıb

Avropa İttifaqında kasıblar və varlılar arasında qazanc fərqi çoxalıb, amma dünyanın digər ölkələri ilə müqayisədə hələ də daha azdır.

Bu barədə Frans Press agentliyinin apardığı araşdırmada məlumat verilir. Bildirilir ki, Bolqarıstan Aİ-də bu qeyri-bərabərsizliyə ən çox rast gəlinən ölkədir. Litva, Estoniya, Latviya, İspaniya, Portuqaliya, Yunanıstan, İtaliya, Rumıniya və Böyük Britaniya fərq göstəricisinə görə ön yerləri tuturlar. Almaniya, Fransa və Polşada bu rəqəm Aİ-nin orta göstəricisinə görə aşağıdır. Slovakiya, Sloveniya, Çexiya, İsveç, Danimarka, Finlandiya, Belçika, Hollandiya və Avstriyada kasıblarla varlıların qazancları arasındakı fərq demək olar ki, bərabərdir.

Xəbər lenti