Xəzər Xəbər

Hicabla bağlı DAHA BİR QADAĞA: bundan sonra...

Dünya | 14:25 • 20 May 2019
Hicabla bağlı DAHA BİR QADAĞA:

Fransada daha bir qadağa qüvvəyə minib.

Hicablı qadınların ibtidai sinifdə təhsil alan övladlarının məktəb gəzintisinə getməsi qadağan olunub.

Qərar Fransa Senatı tərəfindən təsdiq edilib. Qanun layihəsi Senata məktəblərin daha təhlükəsiz olması iddiası ilə təqdim olunub. Qanunda bildirilib ki, şagirdlərin anaları gəzintilərə qatılarkən müvəqqəti ictimai vəzifəli şəxs hesab olunur. Buna görə də onun üzərində hər hansı dini işarə olmamalıdır.

Fransanın Təhsil naziri Yan-Miçel Blanker də qanun layihəsini dəstəklədiyini deyib.

Məsələ ilə bağlı açıqlama verən sosialist vəkillər isə mövzunun hüquqdan çox siyasi olduğunu qeyd ediblər./publika.az

Xəbər lenti