Xəzər Xəbər

Türkiyəni qaçaq yolla tərk etmək istəyən 77 xarici vətəndaş saxlanılıb

Dünya | 12:20 • 20 May 2019
Türkiyəni qaçaq yolla tərk etmək istəyən 77 xarici vətəndaş saxlanılıb

Türkiyənin Van şəhərinin polis əməkdaşları tərəfindən ölkəni qaçaq yolla tərk etmək istəyən 77 xarici vətəndaş saxlanılıb.


Xezerxeber.az xəbər verir ki, saxlanılanlardan 59-nun Əfqanıstan, 15-nin Pakistan, 1-nin İraq, 2-nin isə İran vətəndaşı olduğu bildirilir.


Ölkəyə hansı yollarla daxil olduqları bilinməyən saxlanılan şəxslər Türkiyənin Miqrasiya İdarəsinin yerli bölməsinə təhvil veriliblər. Onlardan birinin nəzarətə götürüldüyü qeyd olunur.

Rubrikanın digər xəbərləri

Xəbər lenti