Xəzər Xəbər

Kolumbiyada hərbçilərə hücum edilib - günahkarı tapana mükafat vəd olunur

Dünya | 10:24 • 20 May 2019
Kolumbiyada hərbçilərə hücum edilib -

Kolumbiyada hərbçilərə hücum olub. 

Naməlum şəxslərin hərbçilərin qrupuna qumbara atması nəticəsində 7 nəfər xəsarət alıb.

Məlumata görə, hadisə Teorama bələdiyyəsi ərazisindəki parkda konsert zamanı baş verib.

Hazırda yaralı hərbçilər xəstəxanaya yerləşdirilib. Onların həyatı üçün təhlükə olmadığı deyilir.

Hərbçilərə hücum edən şəxslərin saxlanılmasına yardıma edəcək şəxsə isə 5 milyon peso (1500 dollardan bir qədər artıq) mükafat vəd edilib.

Xəbər lenti