Xəzər Xəbər

Türkiyədə iki ailə arasında qarşıdurma - 6 nəfər ölüb, 5 nəfər yaralanıb

Dünya | 09:39 • 20 May 2019
Türkiyədə iki ailə arasında qarşıdurma -

Türkiyənin Qars bölgəsində torpaq sahəsi ilə bağlı iki ailə arasında yaranan davada 6 nəfər ölüb, 5 nəfər yaralanıb. Qətllər avtomat silahla törədilib.


Xezerxeber.az xəbər verir ki, hadisə Sarıkamış rayonunun Çamyazı kəndində baş verib. Yaralılar Qarsdakı dövlət xəstəxanasına çatdırılıblar. Onlardan birinin vəziyyəti ağırdır. Hadisənin böyüməməsi üçün əraziyə əlavə təhlükəsizlik qüvvələri cəlb olunub.

Xəbər lenti