Xəzər Xəbər

Çində gecə klubu çöküb - 2 nəfər ölüb, 77 nəfər yaralanıb

Dünya | 09:26 • 20 May 2019
Çində gecə klubu çöküb -

Çinin Quansi Cuan muxtar regionunda gecə klublarının birinin damının çökməsi nəticəsində 2 nəfər ölüb, 77 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.


AZƏRTAC yerli hakimiyyət orqanlarına istinadla xəbər verir ki, hadisə gecə Baysı şəhərində saat 1:00 radələrində baş verib. Yaralananlardan birinin vəziyyətinin ağır olduğu bildirilir. Bundan başqa, 7 nəfər ciddi xəsarət alıb.


Hadisə yerində polislər, yanğınsöndürənlər və təcili yardım briqadalaır cəlb olunub. Hadisə yerində axtarış işləri aparılır. Dağıntı altından yaralı və ölülərin tapılması ehtimalı böyükdür.


Bildirilir ki, 700 kvadratmetr sahəsi olan gecə klubu üçmərtəbəli metal konstruksiya binanın ən yuxarı qatında yerləşib.

Xəbər lenti