Xəzər Xəbər

Marneuli rayonunun icra hakimiyyəti başçısı vəzifəsi uğurunda 15 namizəd mübarizə aparır

Dünya | 16:47 • 19 May 2019
Marneuli rayonunun icra hakimiyyəti başçısı vəzifəsi uğurunda 15 namizəd mübarizə aparır

Marneuli rayonunun icra hakimiyyəti başçısı vəzifəsinə keçirilən seçkidə seçicilərin 15 faizə yaxını səsvermədə iştirak edib.


Bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyası məlumat yayıb.


Məlumatda deyilir ki, saat 12:00-dək seçicilərin 14 faizdən çoxu səsvermədə iştirak edib.


Qeyd edək ki, Marneuli rayon icra başçısı vəzifəsi uğurunda 4-ü azərbaycanlı olmaqla 15 nəfər namizəd mübarizə aparır.


Rayonda 99 min 717 nəfər seçici qeydə alınıb.


Bu gün, həmçinin Gürcüstanın Saqareco, Axmeta, Adigeni, Ozurqeti, Çiatura, Tkibuli, Tsxaltubo və Zestafoni rayonlarının yerli məşvərət orqanlarına deputatlar, Zuqdidi, Çiatura, Xulo, Zestafoni rayonlarına icra başçıları seçiləcək.

Xəbər lenti