Xəzər Xəbər

İranın cənubunda 1,5 ton narkotik aşkarlanıb

Dünya | 12:33 • 19 May 2019
İranın cənubunda 1,5 ton narkotik aşkarlanıb

İranın cənub-şərqində Sistan və Bəluçestan vilayətinin Zahidan rayonunda 1,55 ton narkotik maddə aşkarlanıb.

Bunu İranın Sistan və Bəluçestan vilayəti hüquq-mühafizə orqanının rəisi Məhəmməd Qənbəri deyib. Bu barədə Trend İRNA-ya istinadən məlumat verib.

M.Qənbərinin sözlərinə görə, vilayətin narkotik maddələrlə mübarizə polisinin keçirdiyi əməliyyat nəticəsində 2 nəfər saxlanılıb.

Qaçaqmalçıların pikap avtomobilinə baxış keçirilərkən 1,55 ton tiryək, 2 ədəd ov silahı, 1 ədəd kolt markalı tapança aşkarlanıb.

Xəbər lenti