Xəzər Xəbər

Marin Le Pen: "Bizim Rusiya ilə düşmənçilik vəziyyətində olmağımıza səbəb yoxdur"

Dünya | 13:48 • 19 May 2019
Marin Le Pen: "Bizim Rusiya ilə düşmənçilik vəziyyətində olmağımıza səbəb yoxdur"

Fransa müxalifətinin liderlərindən biri, Milli Birlik Partiyasının rəhbəri Marin Le Pen Rusiya ilə Avropa ölkələri arasında münasibətlərlə bağlı fikirlərini bölüşüb.


Bu barədə "RİA Novosti" xəbər verir.


Fransalı siyasətçi bildirib ki, rəsmi Moskva ilə Avropa arasında münasibətlərin normallaşacağına ümid edir.


"Bizim Rusiya ilə düşmənçilik vəziyyətində olmağımız üçün səbəb yoxdur. Ümid edirik ki, Avropa ölkələrinin Rusiya ilə münasibətləri normallaşacaq. Çünki bu, Avropa ölkələrinin maraqlarına daxildir və mən düşünürəm ki, həm də Rusiyanın xeyrinədir", - deyə o bildirib.


Qeyd edək ki, Marin Le Pen bir qədər əvvəl RTL radiosunun efirində qeyd edib ki, Rusiya əleyhinə sanksiyalar Avropa Birliyinin iqtisadiyyat sektoru üçün faciəli nəticələrə gətirib çıxarıb.


O, daha əvvəl bildirib ki, Fransa prezidenti Emmauel Makron uğursuz xəttini etiraf edə bilməyib.

Xəbər lenti