Xəzər Xəbər

Zelenski Rusiya ilə danışıqlara başlamağa hazırdır

Dünya | 10:35 • 18 May 2019
Zelenski Rusiya ilə danışıqlara başlamağa hazırdır

Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenski "Normandiya formatı" (Rusiya Federasiyası, Fransa, AFR, Ukrayna) çərçivəsində Donbasdakı vəziyyət üzrə Rusiya ilə danışıqlara başlamağa hazırdır.

"RİA-Novosti" agentliyi xəbər verir ki, bu haqda onun qərargahının üzvü Ruslan Stefançuk bildirib.

"Vladimir Zelenskinin mövqeyi ondan ibarətdir ki, o Ukraynaya qarşı müharibəyə başlayan insanlarla danışıqlara başlamağa hazırdır. Amma bu, bizim partnyorlarımızın iştirak edəcəyi danışıqlar olacaq", - "112 Ukrayna" telekanalının efirində deyib./publika.az

Xəbər lenti