Xəzər Xəbər

Ukrayna Ali Radasına növbədənkənar seçkilər keçirilə bilər

Dünya | 10:17 • 18 May 2019
Ukrayna Ali Radasına növbədənkənar seçkilər keçirilə bilər

Ukraynanın seçilmiş prezidenti Vladimir Zelenski Ali Radanın vaxtından əvvəl buraxılması haqqında fərmanın layihəsini hazırlayıb.

Fərmanın layihəsini "Strana.ua” nəşri dərc edib.

Sənəddə deyilir ki, parlament koalisiyasında deputatların kifayət etməyən sayı Ali Radanın buraxılması üçün əsas olacaq. Koalisiyadan 2016-cı ildə "Batkivşina”, "Qarşılıqlı yardım” və Radikal partiyaları şıxıb. Koalisiyada qalan iki partiya ("Pyotr Poroşenkonun Bloku” və "Xalq cəbhəsi”) 226-dan daha az deputat mandatına malikdir. Bu, parlament tərkibinin yarısdından azdır.

Əgər Radada bir ay ərzində kolisiya yoxdursa, prezident parlamenti buraxmaq hüququna malikdir.

Fərman 14 iyul 2019-cu ildə Ali Radada növbədənkənar seçkiləri keçirməyi nəzərdə tutur./publika.az

Xəbər lenti