Xəzər Xəbər

Fələstin XİN: Tramp administrasiyasının təklif etdiyi sülh planı qəbuledilməz təslim aktıdır

Dünya | 17:31 • 17 May 2019
Fələstin XİN: Tramp administrasiyasının təklif etdiyi sülh planı qəbuledilməz təslim aktıdır

"ABŞ-ın Fələstin-İsrail münaqişəsi ilə bağlı sülh planı qəbuledilməz təslim aktıdır".


ONA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, bu barədə Fələstin xarici işlər naziri Riyad əl-Malki deyib.


Nazir bildirib ki, Donald Trampın "əsrin anlaşması" adlandırdığı bu plan əslində fələstinlilərin əsrlik sınağının təsdiqidir: "Sülh səyləri ilə bağlı liderliyə gəlincə, dünya sükanı ehtiyatsız sürücünün əlinə verib... Biz gözləməliyik ki, bu ehtiyatsız sürücü ya uçuruma gedəcək, ya da Fələstin xalqının üzərinə sürəcək".


Riyad əl-Malki bildirib ki, Tramp administrasiyasının planı "müstəqillik, suverenlik, azadlıq və ədalət vəd etmir".


Fələstinli nazir deyib ki, Trampın planını qəbul etmək təslim olmaq olardı və fələstinlilər heç vaxt təslim aktına imza atmağa hazır deyillər.


Qeyd edək ki, iyun ayında Tramp administrasiyasının Fələstin-İsrail münaqişəsi ilə bağlı sülh planını beynəxalq ictimaiyyətə təqdim edəcəyi gözlənilir.

Xəbər lenti