Xəzər Xəbər

Pavel Klimkin istefaya gedir

Dünya | 16:53 • 17 May 2019
Pavel Klimkin istefaya gedir

Ukraynanın xarici işlər naziri Pavel Klimkin vəzifəsindən istefa verdiyini bəyan edib.


Xezerxeber.az xəbər verir ki, Klimkin bu barədə Facebook səhifəsində yazıb. O bildirib ki, istefa ərizəsini bu gün yazıb və mayın 20-də andiçmə mərasimindən sonra sənədi Ali Radaya və Ukraynanın yeni Prezidentinə təqdim edəcək.


"Düşünürəm ki, düzgün qərar vermişəm, çünki Zelenski xarici siyasətlə bağlı yeni komandası ilə çalışmalıdır. Ancaq əvvəl bəyan etdiyim kimi, prinsiplərimiz üst-üstə düşən məqamlarda Zelenskiyə kömək etməyə hazıram”, - deyə Klimkin əlavə edib.


Xəbər lenti