Xəzər Xəbər

Nur-Sultanda Türkdilli Ölkələrin Ticarət və Sənaye Palatasının Nizamnaməsi imzalanıb

Dünya | 14:28 • 17 May 2019
Nur-Sultanda Türkdilli Ölkələrin Ticarət və Sənaye Palatasının Nizamnaməsi imzalanıb

Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən Astana İqtisadi Forumu çərçivəsində Türkdilli Ölkələrin Ticarət və Sənaye Palatasının Nizamnaməsinin imzalanması mərasimi keçirilib.


Tədbirdə Türk Şurasının Baş katibi Bağdad Amreyev, Qazaxıstan Respublikası "Atameken" Sahibkarlar Milli Palatasının idarə heyətinin sədri Ablay Mırzaxmetov, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, Qırğızıstan Ticarət və Sənaye Palatasının prezidenti Nurlan Musuralyev və Türkiyə Ticarət və Sənaye Palatası Birliyinin sədri Rifat Hısarcıklıoğlu iştirak ediblər.


Türkdilli Ölkələrin Ticarət və Sənaye Palatasının əsas vəzifəsi türkdilli dövlətlər arasında iqtisadi əməkdaşlığı inkişaf etdirməkdir. (AZƏRTAC)

Xəbər lenti