Xəzər Xəbər

Türkiyə ilə bağlı daha bir KRİTİK QƏRAR Tramp geri addım atdı

Dünya | 10:52 • 17 May 2019
Türkiyə ilə bağlı daha bir KRİTİK QƏRAR

ABŞ prezidenti Donald Tramp rəsmi Vaşinqtonun Türkiyədən polad idxalına tətbiq etdiyi 50% gömrük vergisində dəyişiklik edib.

Prezident gömrük vergisini yarıbayarı azaldaraq 25%-ə endirib.

Bu barədə Ağ Ev yazılı açıqlama yayımlayıb. Prezidentin açıqlamasında gömrük vergisinin niyə 50%-ə çıxarılması izah olunub. Sonra bildirilib ki, əvvəlki illərlə müqayisədə Türkiyədən idxal olunan poladın miqdarında azalma müşahidə edilib. Buna görə də gömrük vergisində endirim olunub.

Qeyd edək ki, ABŞ hökuməti ötən ilin 10 avqustunda Türkiyədən idxal olunan polada 50% gömrük vergisi tətbiq olunacağını açıqlamışdı. Aliminium idxalına isə 20% vergi tətbiq olunmuşdu. Türkiyə bu qərarın Ümumdünya Ticarət Təşkilatının qaydalarına zidd olduğunu bildirmiş və ABŞ-ı təşkilata şikayət etmişdi./publika.az

Xəbər lenti