Xəzər Xəbər

Yaponiyada parlamentin hər iki palatasına seçkilər eyni vaxtda keçirilə bilər

Dünya | 15:20 • 14 May 2019
Yaponiyada parlamentin hər iki palatasına seçkilər eyni vaxtda keçirilə bilər

Yaponiya qanunvericiləri Baş nazir Şinzo Abe tərəfindən parlamentin aşağı palatasının buraxılması və yuxarı palataya yayda keçiriləcək seçkilərlə birlikdə bu quruma da vaxtından əvvəl seçkilərin təşkilinin mümkünlüyünü müzakirə edirlər.


AZƏRTAC xəbər verir ki, NHK yayım şirkətinin keçirdiyi sorğunun nəticələrinə görə, Ş.Abenin rəhbərlik etdiyi kabinetin reytinqi əvvəlki ayla müqayisədə 1 faiz artaraq 48 faizə çatıb. Bu kabineti dəstəkləməyənlər isə 3 faiz azalaraq 32 faiz təşkil edib.


Hakim Liberal Demokratik Partiyanın üzvləri hesab edirlər ki, belə inandırıcı rəqəmlər Ş.Abeni parlamentin hər iki palatasına seçkiləri eyni vaxtda keçirməyə sövq edə bilər.


Bu müzakirələrə Yaponiya iqtisadiyyatında yaranan vəziyyət də təsir göstərir.


Hökumətin mayın 13-də dərc edilən hesabatına görə, Yaponiyada biznesin əsas göstəriciləri ölkədə iqtisadi vəziyyətin pisləşdiyini təsdiq edir.

Xəbər lenti