Xəzər Xəbər

Rosqvardiya Türkiyə xüsusi təyinatlılarının təcrübəsini öyrənəcək

Dünya | 14:20 • 14 May 2019
Rosqvardiya Türkiyə xüsusi təyinatlılarının təcrübəsini öyrənəcək

Rusiya Milli Qvardiya Qoşunlarının Federal Xidmətinin (Rosqvardiya) direktoru, ordu generalı Viktor Zolotov Türkiyə xüsusi təyinatlılarının təcrübəsini öyrənmək üçün bu ölkəyə səfər edib.


Rosqvardiyanın nümayəndəsi Valeri Qribkin TASS agentliyinə açıqlamasında səfər çərçivəsində V.Zolotovun Türkiyənin daxili işlər naziri Süleyman Soylu və Jandarm Qoşunlarının baş komandanı Arif Çetin ilə görüşlər keçirəcəyini bildirib. Rosqvardiyanın nümayəndə heyəti Jandarma Baş Komandanlığının Jandarma və Sahil Təhlükəsizliyi Akademiyasında tədris və xüsusi təyinatlı qüvvələrin hazırlıq prosesləri ilə tanış olacaq. (AZƏRTAC)

Xəbər lenti