Xəzər Xəbər

ABŞ Yaxın Şərqə 120 min hərbçi göndərir

Dünya | 14:19 • 14 May 2019
ABŞ Yaxın Şərqə 120 min hərbçi göndərir

ABŞ-ın Yaxın Şərq regionundakı şübhəli hərəkətləri gərginliyi artırır.


AZƏRTAC xəbər verir ki, bu bəyanatı İranın Xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ-ın regiona 120 min hərbçi göndərmək qərarından sonra verib.


Xatırladaq ki, ABŞ-ın Müdafiə Nazirliyi Prezident Donald Trampa Yaxın Şərqdə hərbi kontingentin yerləşdirilməsi və əlavə olaraq 120 min hərbçinin göndərilməsi planını təqdim edib. Prezident planı təsdiqləyib.


Qeyd edək ki, bundan əvvəl ABŞ Fars Körfəzinə "Avraam Linkoln” təyyarə daşıyan hərbi gəmi, ardınca isə Qətərdəki hərbi bazasına bombardmançı təyyarələr göndərib.


Nazir onu da bəyan edib ki, hərbi toqquşma olsa, bunun məsuliyyəti ABŞ-ın üzərinə düşəcək. İrana hücum edən tərəf peşman olacaq.

Xəbər lenti