Xəzər Xəbər

Küveyt əmiri milli qvardiyanı diqqətli olmağa çağırdı

Dünya | 12:16 • 14 May 2019
Küveyt əmiri milli qvardiyanı diqqətli olmağa çağırdı
Küveyt əmiri şeyx Sabah əl-Əhməd Cabir əs-Sabah regionda baş verən təhlükəli hadisələrlə əlaqədar Milli Qvardiya Qüvvələrini diqqətli olmağa çağırıb.Bu barədə Küveyt İnformasiya Agentliyi (KUNA) məlumat yayıb.

Əs-Sabah Milli Qvardiya Qüvvələrinin Baş Qərargahına baş çəkərkən bildirib ki, bölgədə baş verən son hadisələr diqqətli olmağı tələb edir: "Bölgədə baş verən təhlükəli hadisələrin şahidi olursunuz. Baş idarələrin mühafizəsinə dair vəzifəni yerinə yetirərkən sizdən tələb olunan ən yüksək dərəcədə ehtiyatlı və diqqətli olmanızdır".

Küveyt əmiri sözügedən açıqlamaları körfəzdə bazar günü Səudiyyə Ərəbistanına aid neft tankerlərinin partladılmasından sonra etməsi diqqət çəkib./FaktXəbər

Xəbər lenti