Xəzər Xəbər

Tramp Ağ Evdə müsəlmanları bir araya topladı

Dünya | 11:38 • 14 May 2019
Tramp Ağ Evdə müsəlmanları bir araya topladı

ABŞ prezidenti Donald Tramp Ağ Evdə iftar süfrəsi açıb.

Ramazan ayının gəlməsi şərəfinə təşkil edilən ziyafətdə müsəlman ölkələrinin rəsmi nümayəndələri iştirak edib.

Yeməkdən öncə çıxış edən prezident Ramazan ayının müsəlmanlar üçün əhəmiyyətli bir ortaq dəyər olduğunu deyib. "Bütün dünyadakı müsəlmanların Ramazan ayını qeyd etdiyi bu xüsusi zamanda bu iftar yeməyinə Ağ Evdə ev sahibliyi etmək mənim üçün şərəfdir” -, Tramp qeyd edib.

Qeyd edək ki, Donald Tramp vəzifəyə gəldiyi ilk ildə iftar süfrəsi açmamışdı. O, ilk iftar yeməyini ötən il verib.

Xəbər lenti