Xəzər Xəbər

Trampdan gözlənilməz TƏKLİF: ABŞ, Rusiya, Çin...

Dünya | 09:58 • 14 May 2019
Trampdan gözlənilməz TƏKLİF:

ABŞ prezidenti Donald Tramp iyunda Yaponiyada G20 ("Böyük iyirmilik”) sammiti çərçivəsində Rusiya prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının sədri Si Cinpinlə görüşmək niyyətindədir.

Bu haqda "Kommersant” nəşri Dövlət Departamentinə yaxın mənbələrə istinadən informasiya yayıb.

Eyni zamanda Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Putin və Trampın görüşünə hələlik heç bir hazırlıq aparılmır. Bundan başqa, o qeyd edib ki, əgər Çin tərəfinin bəyanatlarına söykənsək, Rusiya-Çin-ABŞ üçtərəfli görüşü qeyri-mümkündür.

Daha əvvəl Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, Amerika tərəfi Osakada G20 sammitində ikitərəfli görüş üçün sorğu göndərməyib./publika.az

Xəbər lenti