Xəzər Xəbər

Çoxuşaqlı ailələr daha az vergi ödəyəcəklər - Qazaxıstanda

Dünya | 16:18 • 13 May 2019
Çoxuşaqlı ailələr daha az vergi ödəyəcəklər -

Qazaxıstan Maliyyə Nazirliyinin Dövlət Gəlirləri Komitəsindən bildirilib ki, 2020-ci ildən çoxuşaqlı ailələr daha az vergi ödəyə biləcəklər.


Xezerxeber.az xarici KİV-lərə istinadən xəbər verir ki, nəzərdə tutulan dəyişikliyə görə, çoxuşaqlı ailələrin aylıq gəlirinin 23 AHG (aylıq hesab göstəricisi) hissəsindən, başqa sözlə, 58,075 təngə vəsaitdən vergi tutulmayacaq. Bu, ailədə valideynlərdən biri işləyirsə, onun gəlirinə aiddir. Əgər hər iki valideyn işləyirsə, onların hər birinin aylıq gəlirinin 12 AHG hissəsi və ya 30,3 təngə vergidən azad ediləcək. Bu güzəşti almaq üçün hər iki valideynin birlikdə illik gəliri 282 AHG-dən (712,5 təngə) artıq olmamalıdır.


Vergi güzəşti təqvim ili üzrə yanvarın 1-dək 4 və daha artıq uşağı olan ailələrə şamil ediləcək.

Xəbər lenti