Xəzər Xəbər

Parisdə AŞPA-nın sosial, səhiyyə və davamlı inkişaf məsələləri üzrə komissiyasının iclası keçirilir

Dünya | 15:39 • 13 May 2019
Parisdə AŞPA-nın sosial, səhiyyə və davamlı inkişaf məsələləri üzrə komissiyasının iclası keçirilir

Parisdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sosial, səhiyyə və davamlı inkişaf məsələləri üzrə komissiyasının iclası keçirilir.


AZƏRTAC xəbər verir ki, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva iclasda iştirak edir.


İclasda sosial, səhiyyə və davamlı inkişafla bağlı məsələlər müzakirə ediləcək, sosial hüquqlar üzrə Avropa Komitəsinin illik nəticələrinə dair fikir mübadiləsi aparılacaq, uşaqlar üzrə alt komissiyanın hesabatı dinləniləcək, növbəti iclasların yeri və vaxtı müəyyən olunacaq.


İclasda azərbaycanlı deputatın çıxışı gözlənilir.

Xəbər lenti