Xəzər Xəbər

Böyük Britaniyada yeni pul buraxıldı - Şerlok Holmsun rəsmi ilə

Dünya | 15:07 • 13 May 2019
Böyük Britaniyada yeni pul buraxıldı -

Böyük Britaniyada Şerlok Holmsun təsviri olan sikkələr buraxılıb.

50 pens dəyərində sikkələr detektiv personajının müəllifi Artur Konan Doylun 160 illiyinə həsr olunub.

Sikkədə həmçinin Şerlok Holmsun sərgüzəştlərinin adları da həkk olunub.

Qeyd edək ki, Şerlok Holms "ən çox ekranlaşdırılan ədəbi personaj” hesab olunur. (Trend)

Xəbər lenti