Xəzər Xəbər

Dörd nəfərdən biri elektrik avtomobili sürəcək

Dünya | 14:40 • 13 May 2019
Dörd nəfərdən biri elektrik avtomobili sürəcək

Enerji doldurma məntəqələrinin sayının çoxalacağını bildirilib

Türkiyənin İqtisadiyyat Bankı (TEB Cetelem) tərəfindən aparılan araşdırmaya görə, 2030-cu ilə qədər dünyada satılacaq avtomobillərin 100-də 25-i elektriklə işləyəcək.

16 ölkədə yaşı 18-65 arasında olan 10 min adam arasında sorğu keçiriblər. Sorğuda iştirak edənlər elektrik avtomobillərinin baha olması və enerjini gec toplamasından şikayət ediblər. Amma bu sahədə davamlı inkişafın olduğunu bildirən mütəxəssislər, batareyaların enerji tutumunun artacağını və enerji doldurma məntəqələrinin sayının çoxalacağını bildiriblər.

Nəticədə isə ən yaxın gələcəkdə yollarımızda adət etdiyimiz yanacaqla işləyən avtomobilləri elektrik enerjisi ilə işləyən maşınlar əvəz edəcək./Sputnik Azərbaycan

Xəbər lenti