Xəzər Xəbər

Rusiya mətbuatı: Putinin əkiz oğulları olub, xəstəxananın bir mərtəbəsi tam boşaldılıb

Dünya | 12:58 • 13 May 2019
Rusiya mətbuatı:

Bədii gimnastika üzrə olimpiya, dünya, Avropa çempionu Alina Kabayevanın əkiz övladı dünyaya gəlib. Bu haqda hamıdan əvvəl "Dom2Life.ru” məlumat yayıb.

XəzərXəbər xəbər verir ki, xəbəri bir həftəyə yaxındır gizli saxlamağa çalışırlar. Kabayevanın hələ mayın 7-də ana olduğu bildirilir. Saytın yazdığına görə, gimnastçının yerləşdirdiyi klinikanın dördüncü mərtəbəsi ona görə tam boşaldılıb. Ona VİP-palatada qalmağa şərait yaradıblar. Yeməklər Moskvanın elit restoranlarından gətirilirmiş. Klinika gecə-gündüz mühafizə olunurmuş.

Doğum prosesi üçün ölkənin müxtəlif yerlərindən peşəkar həkimlər çağırılıb. Uşaqlar haqda heç bir məlumat verilmir. Onların boyu, çəkisi, adları da çox məxfi saxlanılır.

Hələ 2008-ci ildə "Moskovskiy korrespondent” qəzeti Kabayevanın Rusiya prezidenti Vladimir Putinlə evləndiyini yazmışdı. Bunun ardınca "Spiegel”, "Stern”, "Die Welt”, "Die Presse” hadisə ilə bağlı materiallar dərc etdi. Böyük səs-küy yarandı. Kabayeva yazılanları təkzib etdi. Hər şey həm də həmin Rusiya qəzetinin bağlanması ilə nəticələndi. Elə indi də Qərb mətbuatında Kabayevanın əkiz oğlan uşaqlarını Putinlə münasibətdən dünyaya gətirdiyi yazılır./Bizimyol.info

Xəbər lenti