Xəzər Xəbər

Elon Musk hakim qarşısına çıxacaq Pedofil İDDİASI

Dünya | 15:25 • 12 May 2019
Elon Musk hakim qarşısına çıxacaq

Amerikanın kosmik şirkəti "SpaceX"in yaradıcısı və rəhbəri olan Elon Musk hakim qarşısına çıxacaq.

Buna səbəb onun Taylanda mağarada qalan 12 uşağı xilas edən ingiltərəli dalğıc Vernon Unsworthu sosial şəbəkə hesabında uşaqbaz (pedofil) adlandırmasıdır.

Elon Musk 22 oktyabr tarixində Los Ancelesdə baş tutacaq məhkəməni uduzarsa, ingiltərəli dalğıca 75000 dollar təzminat ödəyəcək.

Qeyd edək ki, Elon Musk Tvitter hesabında ingiltərəli dalğıcı uşaqbaz adlandırdıqdan sonra həmin paylaşımı silib, ondan üzür istəmişdi./redaktor.az

Xəbər lenti