Xəzər Xəbər

Saakaşvili Floridada ev aldı

Dünya | 11:04 • 12 May 2019
Saakaşvili Floridada ev aldı

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili özünə Floridada ev alıb.

Axar.az xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı Saakaşvilinin sosial şəbəkələrdə yayılan telefon danışığına istinadən məlumat yayıb.

Səs yazısında Saakaşvilinin dayısı Temur Alasaniya ilə danışması əks olunub. Tərəflər telefon danışığında yeni evdən açılan mənzərəni, bağı və evin təhlükəsizlik məsələlərini müzakirə etdikləri bildirilib.

Qeyd edək ki, Saakaşvili hazırda Hollandiyada yaşayır. O, daima çıxışlarında maddi vəziyyətinin pis olmasından şikayətlənir.

Xəbər lenti