Xəzər Xəbər

Tehranda Quran sərgisi açılır

Dünya | 17:15 • 11 May 2019
Tehranda Quran sərgisi açılır

Mayın 12-də Tehranda 27-ci Beynəlxalq Quran sərgisi açılacaq.


AZƏRTAC IRNA agentliyinə istinadla xəbər verir ki, bu, dünyada Qurana həsr edilən ən böyük tədbirlərdən biridir. Sərgi bir neçə bölmələrə ayrılıb.


Bədii bölmədə dünyanın hər bir yerindən gələn fırça ustaları Müqəddəs Kitabdan ilhamlanmış dəyərli sənət əsərlərini nümayiş etdirəcəklər.


Sərgidə müasir iranlı rəssamların yüzdən çox əl işləri, fotoşəkillər və digər sənət əsərləri təqdim ediləcək.


İki həftə davam edəcək sərgi mayın 26-da başa çatacaq.

Xəbər lenti